8 Sentyabr 18:55 Ermənilərdən “Fənərbaxça”ya zərbə
FUTBOL xəbərləri 8 Sentyabr 18:55
2094 baxış

Ermənilərdən “Fənərbaxça”ya zərbə

İstanbulun “Fənərbaxça” klubunun danimarkalı müdafiəçisi Simon Kyaer uzun müddətə sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistanla oyunda zədələnən müdafiəçinin 1 aylıq yaşıl meydanlardan kənar qalacağı bildirilib.

 

Ayaq biləyindən zədələnmiş Kyaer “Fənərbaxça”nın Türkiyə Superliqasında keçirəcəyi “Kasımpaşa”, “Beşiktaş” və “Bursaspor” oyunlarında oynaya bilməyəcək.

 

Bundan əlavə “sarı bülbüllər” Kyaerin xidmətindən Avroliqanın qrup mərhələsi çərçivəsində keçiriləcək “Molde” və “Seltik” oyunlarında istifadə edə bilməyəcək.

Xəbər lenti