24 Avqust 13:33 Ermin Zetslə İbrahim Şehiç eyni komandada
FUTBOL xəbərləri 24 Avqust 13:33
747 baxış

Ermin Zetslə İbrahim Şehiç eyni komandada

Bosniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mehmet Bajdareviç AVRO-2016-nın seçmə mərhələsinin növbəti iki oyununda güvənəcəyi futbolçuların siyahısını müəyyənləşdirib.

 

Bu gün Bosniya və Herseqovina Futbol Federasiyasının təşkil etdiyi mətbuat konfransında rəsmən açıqlanan heyətdə Azərbaycanda çıxış edən iki futbolçu da yer alıb.

 

Bunlar qapıçı İbrahim Şehiç və hücumçu Ermin Zetsdi. “Qarabağ”ın qolkiperi ölkəmizdə çıxış etdiyi müddətdə dəfələrlə milliyə cəlb olunub. “Qəbələ”nin ötən ay transfer etdiyi Zets isə Azərbaycana gəldikdən sonra ilk dəfə yığmaya çağırılıb.

 

Qeyd edək ki, Şehiç və Zetsin şərəfini qoruduğu yığma sentyabrın 3-də Belçika, 6-da Andorra ilə qarşılaşacaq. İlk oyunu səfərdə keçirəcək bosniyalılar cırtdan ölkə təmsilçisini evdə qəbul edəcək.