9 Oktyabr 18:13 “Əsas heyətdə layiq olanlar oynayır” – Ruslan Abışov
FUTBOL xəbərləri 9 Oktyabr 18:13
5129 baxış

“Əsas heyətdə layiq olanlar oynayır” – Ruslan Abışov

“Bilirik ki, sabah bizi çətin rəqib gözləyir. Yeni meydanda oynayacağıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov deyib.

 

Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah İtaliyanı qəbul edəcək.

 

Bu gün təşkil edilən mətbuat konfransında fikirlərini bölüşən Abışov güclü rəqibdən xal qazanacaqlarına inandığını söyləyib: “Bizi rəqib yox, öz səviyyəmiz maraqlandırır. İnanırıq ki, sabah yaxşı nəticə əldə edə bilərik. Bunun üçün baş məşqçinin tələblərini yerinə yetirməliyik”.

 

- Baş məşqçi şans verəcəyi təqdirdə, sabahkı oyuna tam hazırsızmı?

- Mən hər şeyə peşəkar futbolçu kimi yanaşıram. Mən həmişə istəmişəm ki, yaxşı formada çıxış edim. Hər şeyin öz vaxtı var. Yenə deyirəm, peşəkar futbolçu kimi hər şeyi özümdə götür-qoy edirəm. İndiki halda millidə əsas heyətdə layiq olanlar oynayır. Heç bir problem yoxdu. Məşqlərimi davam etdirib, yaxşı formada olmalıyam. Səbrli olub, öz vaxtımı gözləyirəm. Komanda yoldaşlarıma da inanıram ki, sabah əllərindən gələni edəcəklər. Baş məşqçi mənə də şans versə, çalışacam ki, əlimdən gələmi edim.

 

- Prosineçkidən konkret hansısa futbolçunu tutmaq tapşırığı almısız?

- Rəqibin heyətində hamısı yaxşı oyunçulardı. Bu haqda elə də söhbətimiz olmayıb. Hücum xəttinə baxanda yaxşı futbolçuları var. Ad çəkmək istəməzdim. Bizi sabah çətin oyun gözləyir. Hər şeyə hazır olmalıyıq.

Xəbər lenti