1 Noyabr 00:34 “Əsas odu ki, yenilmədik” – Tato
FUTBOL xəbərləri 1 Noyabr 00:34
835 baxış

“Əsas odu ki, yenilmədik” – Tato

“Bərabər səviyyəli oyun oldu. Rəqiblə turnir cədvəlində qonşu pillələrdə yer almağımız da təsirsiz ötüşmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi  Luis Alberto Diez deyib.

 

Topaz Premyer Liqasının XI turundə üz-üzə gələn “İnter”lə “Zirə”nin duelinə marağı artıran məqamlardan biri də komandaların turnir cədvəlinin qonşu pillələrində yer alması idi. Belə ki, rəqibindən 1 xal geri qalan və dördüncü pillədə qərarlaşmış debütant qələbə qazanacağı təqdirdə üçüncü pilləyə yüksələcəkdi. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran “Zirə”nin yarımmüdafiəçisi turnir cədvəlində vəziyyətin oyuna təsirsiz ötüşmədiyini vurğulayıb: “Əsas odu ki, yenilmədik və hesabın da oyuna görə olduğunu düşünürəm”.

 

Futbolçu son 4 oyunda qələbə qazana bilməmələrinə də aydınlıq gətirib: “Futbolda hər cür nəticə ilə qarşılaşmaq mümkündü. Ona görə də qarşıdakı oyunlara baxmalı, hazırlaşmalıyıq”. 

Xəbər lenti