31 İyul 00:54 “Əsas penaltinin düzgün verilib-verilməməsidi” – Roman Qriqorçuk
FUTBOL xəbərləri 31 İyul 00:54
5393 baxış

“Əsas penaltinin düzgün verilib-verilməməsidi” – Roman Qriqorçuk

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprdə “Apollon”la oyundan (1:1) sonra “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, ukraynalı çalışdırıcı bildirib ki, komandası rəqibdən daha yaxşı oynayıb.

 

“Oyun yaxşı səviyyədə keçdi. Stadiondakı atmosfer, azarkeşlərin komandalarını dəstəkləməsi də xoşuma gəldi. Qarşılaşmanın gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar. Komandamız bu matçda yaxşı, rəqibdən daha güclü oynadı. Biz “Apollon”la müqayisədə daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi”.

 

“Apollon”un yaxşı komanda olduğunu deyən mütəxəssis hakimliyə də toxunub: “Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsız. Bu matçın hakimi yüksək səviyyəyə malikdi. Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdu. Əsas qərarın düzgün verilib-verilməməsidi. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm”.

 

Xəbər lenti