16 Oktyabr 19:26 Əsgər Abdullayev “Neftçi”də!
FUTBOL xəbərləri 16 Oktyabr 19:26
1969 baxış

Əsgər Abdullayev “Neftçi”də!

“Neftçi”nin Müşahidə Şurasında boş qalan yerlərə kimlərin təyin olunduğu bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan “Neftçi” ilə “ASAN Xidmət” arasındakı müqavilə imzalama mərasimində Müşahidə Şurasının sədri Çingiz Abduallayev yeni üzvlərin adlarını açıqlayıb.

 

Sədrin sözlərinə görə, sponsorlarla danışdıqdan sonra Şuradakı üzvlərin sayını artırıblar və üç yeni namizədin üzvlüyü təsdiqlənib.

 

Beləliklə, “Neftçi”nin Müşahidə Şurasının ilk yeni üzvü keçmiş futbolçu və məşqçi, futbol mütəxəssisi Əsgər Abdullayev olub.

 

İkinci üzv Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının rektoru, SSRİ-nin Xalq Artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli seçilib.

 

Üçüncü Şura üzvü isə Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəisi Mehdi Nəcəfov təyin olunub.

Xəbər lenti