24 Avqust 10:27 Essyenin durumuna aydınlıq gəldi
FUTBOL xəbərləri 24 Avqust 10:27
1738 baxış

Essyenin durumuna aydınlıq gəldi

“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos”un zədəli futbolçusu sıraya dönüb. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Maykl Essyen artıq kollektivə qoşulub.

 

Zədəli olduğu üçün “Qəbələ” ilə Bakıdakı qarşılaşmanı buraxan ulduz futbolçu bu gün yeni komandasında debüt edə bilər. Yunanıstan Super Liqasının I turu çərçivəsində bu gün “Panetolikos”un qonağı olacaq Afina təmsilçisində baş məşqçi Yannis Anastasiu qanalı yarımmüdafiəçini də “20-liy”ə daxil edib. Lakin Anastasiunun təcrübəli oyunçunu bu gün oynatmayıb, “Qəbələ” ilə cavab görüşü üçün qoruması da istisna deyil.

 

Yens Vemmer, Viktor Klonaridis, Robin Lud, Konstantinos Triantafillopulos və Xristos Donis isə müxtəlif səbəblərdən “Panetolikos”la görüşün heyətinə salınmayıblar.

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” oyunu avqustun 27-də Afinada keçiriləcək. Bu komandalar arasında baş tutan ilk matçda qol vurulmamışdı – 0:0.

Xəbər lenti