18 Sentyabr 19:02 Eva Karneyroya görə Mourinyonu cəzalandıracaqlar
FUTBOL xəbərləri 18 Sentyabr 19:02
875 baxış

Eva Karneyroya görə Mourinyonu cəzalandıracaqlar

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo cəzalana bilər. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Federasiyası (İFF) porutqaliyalı mütəxəssis haqqında araşdırma başladıb.

 

Buna səbəb Mourinyonun İngiltərə Premyer Liqasının ilk turunda “Suonsi” ilə oyunun gedişində (2:2) klubun həkimi Eva Karneyronu təhqir etməsidi.

 

İngiltərə mətbuatı iddia edir ki, əgər günahı sübut olunsa, qalmaqallı baş məşqçinin 5 oyunluq cəza alacağı gözlənilir.

Xəbər lenti