27 Avqust 14:28 Əvvəl “Qəbələ” ilə oyun, sonra transfer - FOTO
FUTBOL xəbərləri 27 Avqust 14:28
1094 baxış

Əvvəl “Qəbələ” ilə oyun, sonra transfer - FOTO

Avropa Liqasının pley-off mərhələsinin “Qəbələ” ilə oyunu “Panatinaikos”un hücumçusu Nikos Karelis üçün Afina təmsilçisində son matç ola bilər. Apasport.az saytının məlumatına görə, Yunanıstan təmsilçisi ulduz futbolçusunu satmamaq barədə fikrindən daşınıb.

 

Artıq neçə vaxtdı Belçika klublarının israrla heyətə qatmaq istədiyi Karelis üçün təklif olunan məbləğ “Pnatinaikos” rəhbərliyini də cəlb edib. Hücumçunu “Anderlext”ə satmayan afinalılar “Genk”in təklifinə imtina edə bilmir.

 

Belə ki, sonuncular Nikos üçün onun komandasına 3,5 milyon avro təklif edir. Belçikalılarla danışıqlar masasına əyləşən “Panatinaikos”un rəhbərliyi yekun qərarını “Qəbələ” ilə cavab oyunundan sonra verəcəyini bildirib. Yunanıstanlılar Karelisin bu qarşılaşmada vacib rol oynaya biləcəyini önə çəkərək, hücumçunun keçidində zaman udmağı məqsədəuyğun sayıb. 

Xəbər lenti