16 İyun 21:01 “Falkao gəlsə, mən gedəcəm”
FUTBOL xəbərləri 16 İyun 21:01
1072 baxış

“Falkao gəlsə, mən gedəcəm”

“Çelsi”nin fransalı hücumçusu Loik Remi klubu tərk etməyə hazırlaşır. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, buna səbəb Falkaonun transferidi.

 

Fransız futbolçu onsuz da heyətə nadir hallarda düşdüyü “Çelsi”də kolumbiyalı hücumçunun da gəlməsi ilə heç forma şansı qazana bilməyəcəyini düşünür:

 

“Əgər Falkao gəlsə, mən klubdan gedəcəm. Düşünürəm ki, daha çox oynaya biləcəyim bir komanda ilə anlaşa bilərəm”.

 

Xatırladaq ki, fransız hücumçu bu mövsüm sadəcə 6 matçda “mavilər”in əsas heyətində meydana çıxa bilib.

 

Remi ilə “Vest Hem” və “Kristal Pelas”ın maraqlandığı bildirilir.

Xəbər lenti