27 Aprel 11:00 Falkao "Mançester Yunayted"dən kənarlaşdırılır
FUTBOL xəbərləri 27 Aprel 11:00
223 baxış

Falkao "Mançester Yunayted"dən kənarlaşdırılır

"Mançester Yunayted"in baş məşqçisi Luis Van Qal "Monako"dan icarə əsasında heyətə cəlb edilən Radamel Falkao haqqında fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı çalışdırıcı ona şans verdiyini, ancaq futbolçunun bəxtinin gətirmədiyini deyib.

 

" Falkaoya şans verirəm, ancaq onun bəxti gətirmir. Təbii ki, futbolçu kimi Radamelin bacarıqlarını inkar etmək olmaz. Kolumbiyalı insan kimi xoşuma gəlir, necə ki Uelbek və Hernandezi də çox bəyənirdim. Onlar hamsı peşəkar futbolçulardır” – deyə, Van Qal bildirib.

 

Mütəxəssis qeyd edib ki, futbolçu mövsüm boyunca əsas heyətə düşə bilmirsə, şansını başqa yerdə yoxlamalıdı: “Uelbek və Hernandezlə də bu səbəbdən yollarımız ayrıldı. İndi mən Falkao ilə də ciddi söhbət etməli olacam".

 

Xəbər lenti