12 Avqust 14:48 Fariz Nəcəfov Cavid Hüseynovun iştirak ərizəsinə salınmasına aydınlıq gətirdi
FUTBOL xəbərləri 12 Avqust 14:48
1993 baxış

Fariz Nəcəfov Cavid Hüseynovun iştirak ərizəsinə salınmasına aydınlıq gətirdi

“Biz iştirak ərizəsini UEFA-ya əvvəlcədən göndərmişdik. Həmin vaxt Cavid Hüseynovla bağlı hələ həbs qətimkan tədbiri seçilməmişdi”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar barəsində həbs qətimkan tədbiri seçilən Cavid Hüseynovun adının  “qırmızı-qaralar”ın Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la keçirəcəyi oyunda açıqlanan iştirak ərizəsində olması təəccüblə qarşılanıb.

 

Fariz Nəcəfov ərizənin qitə futbol qurumuna əvvəlcədən göndərildiyini qeyd edib.

Xəbər lenti