31 Avqust 12:35 Fariz Nəcəfov: Danışıqlarda son mərhələyə gəlmişik
FUTBOL xəbərləri 31 Avqust 12:35
7064 baxış

Fariz Nəcəfov: Danışıqlarda son mərhələyə gəlmişik

“Transfer çalışmalarımız davam edir. Gün ərzində bu baxımdan bir yenilik ola bilər”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Bu gün “transfer pəncərəsi”nin son günü olduğundan, klublar maraq dairələrində olan futbolçularla danışıqları intensivləşdiriblər. Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” isə son gündə heyətinə 2 futbolçu cəlb etmək niyyətindədi.

 

Fariz Nəcəfov danışıq apardıqları futbolçularla anlaşmaq üzrə olduqlarını bildirib: “2-3 futbolçu ilə danışığımız yekunlaşmaq üzrədi. Transferdə axırıncı gün olduğundan, danışıqlarda son mərhələyə gəlmişik. Həm də sabah iştirak ərizəsini UEFA-ya təqdim etməliyik. Danışıq apardığımız oyunçuların məsələsinə gün ərzində aydınlıq gələcək. Çalışırıq baş məşqçinin istəyinə uyğun heyəti bir qədər də gücləndirək”.

 

Qeyd edək ki, “Qəbələ”nin maraq dairəsində olan futbolçular arasında “Neftçi”dən ayrılan Julius Vobay və “İnter”dən gedən Derlis Meza Kolli də var.

Xəbər lenti