9 İyul 23:07 Fariz Nəcəfov: Əmin idim ki, mərhələ keçəcəyik - MÜSAHİBƏ
FUTBOL xəbərləri 9 İyul 23:07
4396 baxış

Fariz Nəcəfov: Əmin idim ki, mərhələ keçəcəyik - MÜSAHİBƏ

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” ilə cavab oyunu ilə bağlı fikirləriniz necədi?

-  Futbolçulara nə deyilmişdisə, onu da meydanda göstərdilər. Biz tapşırmışdıq ki, xarakter göstərsinlər və sona qədər mübarizə aparsınlar. Bu gün meydanda bir komanda var idi, o da “Qəbələ” idi. Futbolçular üzərilərinə düşəni elədilər.

 

- Qol gec vuruldu. Dəqiqələr sona yaxınlaşdıqca, növbəti mərhələdən əlinizi üzmüşdüzmü?

- Bunu fikirləşmirdim, çünki uşaqlara çox inanırdıq. Əmin idim ki, mərhələ keçəcəyik. Çünki neçə gündü məşq prosesində futbolçularla bir yerdəyik. Onların necə istəkli, həvəsli olduqlarını görürdük.

 

- İlk oyundan sonra yeni transferlərin ümidləri doğrultmadığını demişdiz. Bu dəfə necə, onlardan razı qaldızmı?

- Mən tam razı qalmadım, onlardan daha artığını gözləyirdim. Oyun keçdikcə onların da özlərini daha yaxşı göstərəcəklərinə inanıram.

 

- Növbəti mərhələ üçün hücum xəttini gücləndirməyi düşünürsüzmü?

- Nəzərimizdə tutduğumuz futbolçu ilə danışıqlar yekunlaşıb. Bu gün, sabah o da komandaya qoşulacaq. Növbəti mərhələdə həmin futbolçunun xidmətindən istifadə edə bilib-bilməyəcəyimizi hələ dəqiq bilmirəm.

 

- Həmin futbolçu Julius Vobay deyil ki?

- Xeyr, Vobay deyil. O, başqa bir futbolçudu.

 

- Növbəti mərhələdə “Qəbələ”dən nə gözləyirsiz?

- Rəqibimiz güclü komandadı. Bizim komanda da oyundan-oyuna artırır. Müsbət nəticə gözləyirəm.

Xəbər lenti