21 Avqust 11:23 Fasilə öncəsi sınaq
FUTBOL xəbərləri 21 Avqust 11:23
631 baxış

Fasilə öncəsi sınaq

Sabah Topaz Premyer Liqasında III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun görüşlər 3 gün davam edəcək.

 

İlk qarşılaşma sabah keçiriləcək. Liderlər qrupunda qərarlaşan “Xəzər Lənkəran” öz meydanında “Rəvan”ı sınağa çəkəcək. Meydan sahibləri fasiləyə lider kimi yollanmaq üçün, qonaqlar isə ilk qələbə üçün mübarizə aparacaq. Qarşılaşma qonaqların baş məşqçisi Emin Quliyev üçün sabiq komandası ilə duel xarakteri daşıyacaq. Futbolçu kimi şərəfini qoruduğu komandada baş məşqçi funksiyasını da yerinə yetirmən çalışdırıcı bu dəfə Lənkərana rəqib kimi yollanıb.

 

Turun ikinci günündə 3 qarşılaşma baş tutacaq. Avropa Liqasının pley-offunda mübarizə aparan “Qəbələ” və “Qarabağ” liderlik uğrunda qiyabi mübarizəni davam etdirəcək. Hər iki komandanın ciddi çətinlik çəkməyəcəyi gözlənilir. Ağdam təmsilçisi çempionatın autsayderi AZAL-ın qonağı olacaq. Son duellərdə rəqibinə xal verməyən Qurban Qurbanovun yetirmələrinin “Yanq Boyz”la cavab oyunu öncəsi qalib gəlmək əzmindədi. Bakılılar isə ilk xal üçün meydana çıxacaq. “Qəbələ” Premyer Liqaya qayıdan “Kəpəz”i qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ilk iki turda heç-heçələri sıralayan Gəncə klubunun müqavimətini qırmağa cəhd edəcək.

 

“Kəpəz” kimi aktivində iki heç-heçə olan “Sumqayıt” isə “Neftçi”nin qonağı olacaq. Cari mövsüm qələbə qazanmayanların dueli paytaxt təmsilçisi üçün daha vacibdi. Uzun müddətdi qalib gələ bilməyən “ağ-qaralar” Premyer Liqadakı son 9 görüşdə xal itirib. Azarkeşlərinı sevindirməyə çalışacaq “Neftçi” son sıralardakı yerini tərk etmək niyyətindədi.

 

Ötən tur olduğu kimi yenə son qarşılaşma paytaxt təmsilçiləri arasında keçiriləcək. Turnir cədvəlində qonşu olan “Zirə” və “İnter” xal hesabını artırmaq üçün meydana çıxacaq. “Bankirlər” ikinci qələbə, debütant isə məğlubiyyətsiz oyunlar sayını artırmaq istəyindədi.

 

Topaz Premyer Liqası

III tur

22 avqust (şənbə)

 

21:00. “Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev 
"Xəzər Lənkəran" mərkəzi stadionu

 

23 avqust (bazar)

18:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov 
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

21:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə 
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov 
Qəbələ şəhər stadionu

 

21:00. AZAL – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov 
“Dalğa Arena”

 

24 avqust (bazar ertəsi)

21:00. “Zirə” – “İnter”
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov 
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

2

1

1

0

4-2

4

2

Qarabağ

2

1

1

0

4-3

4

3

Xəzər L

2

1

1

0

3-1

4

4

Zirə

2

1

 1

 0

2-1

4

5

İnter

2

1

0

1

1-2

3

6

Kəpəz

2

0

2

0

1-1

2

7

Sumqayıt

2

0

2

0

1-1

2

8

Rəvan

2

0

1

1

1-2

1

9

Neftçi

2

0

1

1

0-1

1

10

AZAL

2

0

0

2

0-3

0

 

Bombardir: Riçard Almeyda (Qarabağ) - 2

Xəbər lenti