27 Oktyabr 18:24 Federasiya prezidenti: Konsepsiyamız dəyişib
FUTBOL xəbərləri 27 Oktyabr 18:24
343 baxış

Federasiya prezidenti: Konsepsiyamız dəyişib

“Martın 29-da Fransa, iyunda isə İtaliya ilə yoldaşlıq görüşü keçirəcəyik. Bundan əlavə, Argentina, Braziliya və digər top-yığmalarla danışıq aparırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Rusiyanın İdman Naziri, ölkənin futbol ittifaqının prezidenti Vitali Mutko deyib.

 

Rusiya mətbuatına danışan Mutko maraqlı fikirlər səsləndirib.

 

O bildirib ki, gələn il keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlaşan ruslar nəhəng komandalarla yoldaşlıq görüşü keçirməlidi: “DÇ-2014-dən öncə millimiz Ermənistan, Slovakiya, Norveç, Mərakeş, daha sonra isə Azərbaycan, Macarıstan, Qazaxıstan və Belarus komandaları ilə qarşılaşmışdı. İndi isə konsepsiyamız dəyişib. Daha güclü yığmalarla oynamalıyıq. Almaniya millisi ilə də yoldaşlıq görüşü keçirmək planımız var. Bütün bunlar yığma üzvlərinin inkişafı və komandanın oyun keyfiyyətinin yüksəlməsinə hesablanıb”.

 

Qeyd edək ki, bu ildən Rusiya Futbol İttifaqına başçılıq edən Mutko 2005-2009-cu illərdə də eyni vəzifəni icra edib. 

Xəbər lenti