3 Oktyabr 20:40 “Fəhmin hərəkətinə görə mütləq cəzalanacaq” – Samir Əliyev
FUTBOL xəbərləri 3 Oktyabr 20:40
1503 baxış

“Fəhmin hərəkətinə görə mütləq cəzalanacaq” – Samir Əliyev

“Oyuna piş başlamadıq. Lakin rəqib bəzi səhvlərimizdən yararlandı. İlk hissəni məğlub başa vurduq. Daha sonra Fəhmin Muradbəylinin qırmızı vərəqə alması bizi pis vəziyyətdə qoydu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

 

Topaz Premyer Liqasının VII turu çərçivəsində “Zirə” ilə qarşılaşan və 0:2 hesabı ilə məğlub olan “ağ-qaralar”ın baş məşqçisi matç haqqında fikirlərini açıqlayıb:

 

“Bəziləri “Qarabağ”la matçdan sonra özlərini yetişmiş, püxtələşmiş oyunçu hesab edir. Həmin adamlarla söhbətimiz olacaq. Fəhmin isə hərəkətinə görə mütləq cəzalanacaq. 19 yaşlı oyunçu belə hərəkət etməməlidir. Məğlubiyyətdə isə mən də daxil olmaqla hər kəsin günahı var. Oyundan öncə bölgü olur. Biz cərimə zərbələrini Anyete və Ruslan Qurbanova tapşırmışdıq. Hər ikisi qol vurmaq istəyirdi və yəqin buna görə cəriməni yerinə yetirmək üstündə mübahisə yarandı. Hazırda bizimlə məşq edən Cavid İmamverdiyevin problemi isə yaxın günlərdə həll olunmalıdır. Ona ehtiyacımız var”.

Xəbər lenti