13 Avqust 17:03 Felipe Melonun taleyinə aydınlıq gəldi
FUTBOL xəbərləri 13 Avqust 17:03
754 baxış

Felipe Melonun taleyinə aydınlıq gəldi

“Qalatasaray”ın yarımmüdafiəçisi Felipe Melonun taleyinə aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçunun İtaliyaya köçmək arzusu baş tutmayıb.

 

Uzun müddət “İnter”in maraq dairəsində olan və Milan klubuna keçmək istədiyini bildirərək, “Qalatasaray”ın təlim-məşq toplanışına qatılmayan Melonun “cim-bom”u tərk etməsi gözlənilirdi. Lakin klublar orta məxrəcə gələ bilməyincə, 32 yaşlı futbolçu “sarı-qırmızılılar”la yeni müqaviləyə qol çəkib. O, 2016-cı ilin yayına qədər olan anlaşmasını daha 2 il müddətinə uzadıb.

 

Qeyd edək ki, Felipe Melo “Qalatasaray”a 2011-ci ildə “Yuventus”dan keçmişdi.

Xəbər lenti