16 Aprel 16:25 “Fənərbaxça”dan son qərar
FUTBOL xəbərləri 16 Aprel 16:25
419 baxış

“Fənərbaxça”dan son qərar

“Fənərbaxça” klubu ölkə çempionatında və kubokunda çıxışını davam etdirməyə qərar verib. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər” bütün turnirləri tərk etdiklərini açıqlasa da, rəhbərlik fikrini dəyişdirib.

 

Aprelin 4-də “Rizəspor”la keçirilən çempionat oyunundan qayıdarkən klubun avtobusuna silahlı basqın edilmişdi. Naməlum şəxslər Trabzon hava limanına istiqamətlənən yolda avtobusu silah atəşinə tutaraq, şüşələri sındırmışdılar. Hadisə nəticəsində sürücü üzündən yaralanmış və xəstəxanaya çatdırılmışdı. Futbolçu və məşqçi heyətinə isə heç nə olmamışdı.

 

“Fənərbaxça” rəhbərliyi insident araşdırılıb, günahkarlar tutulana qədər çempionatda və ölkə kubokunda çıxışını dayandırdığını açıqlamışdı.

 

Hadisə ilə bağlı araşdırma sona çatmasa da, rəhbərlik qərarını dəyişib. İstanbul təmsilçisinin Superliqa və Türkiyə Kubokunda çıxışını davam etdirəcəyi məlum olub.

 

Xəbər lenti