11 Avqust 16:17 “Fənərbaxça”nın futbolçusu ölümdən döndü - FOTO
FUTBOL xəbərləri 11 Avqust 16:17
1203 baxış

“Fənərbaxça”nın futbolçusu ölümdən döndü - FOTO

Türkiyə yığmasının və “Fənərbaxça”nın yarımmüdafiəçisi Mehmet Topal şok hadisə ilə üzləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 29 yaşlı futbolçuya atəş açılıb.

 

Xəbərdə bildirilir ki, Topal bu gün məşqdən çıxıb evə gedərkən bir avtomobil tərəfindən izlənilib. Samandra yaxınlığında futbolçu maşınını saxlayınca, ona tərəf 3 dəfə atəş açılıb. Xoşbəxtlikdən futbolçunun avtomobilinin şüşələri gülləkeçirməz olub və Mehmet heç bir xəsarət almayıb. Yerli polis oyunçunun ifadəsini aldıqdan sonra məsələ ilə bağlı geniş araşdırma aparmağa başlayıb.

 

Qeyd edək ki, bu ilin aprel ayında da “Fənərbaxça”nın avtobusuna Rizədə atəş açılmış, sürücü yüngül xəsarət almışdı.

Xəbər lenti