27 İyun 00:36 FİFA-dakı rüşvət skandalı film olacaq
FUTBOL xəbərləri 27 İyun 00:36
562 baxış

FİFA-dakı rüşvət skandalı film olacaq

FİFA-da baş verən rüşvət və korrupsiya skandalı haqqında film çəkiləcək. Apasport.az saytının “hollywoodreporter.com”a istinadən məlumatına görə, filmi “Warner Bros.” kinokompaniyası çəkəcək.

 

Ekran əsərinin prodüseri 2 dəfə “Oskar” mükafatı laureatı Ben Afflek, rejissoru isə Kevin O`Konnor olacaq. Xatırladaq ki, rejissor buna qədər idmanla bağlı iki film çəkib.

 

Hokkey haqqında çəkilmiş “Buz üstündə möcüzə” (“Miracle”) və idman-dram janrında olan “Əsgər” (“Warrior”) filmləri də O`Konnorun sənət əsərləridi.

 

Xatırladaq ki, bir müddət əvvəl FİFA-da rüşvət və korrupsiya skandalı baş vermiş, bir neçə yüksək vəzifəli məmur həbs olunmuşdu.

Xəbər lenti

Xəbər lenti