10 Noyabr 17:18 FİFA prezidentliyinə namizəd: Mundialdakı komandaların sayı artacaq
FUTBOL xəbərləri 10 Noyabr 17:18
560 baxış

FİFA prezidentliyinə namizəd: Mundialdakı komandaların sayı artacaq

FİFA prezidentliyinə namizəd olan Canni İnfantino maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, hazırda UEFA-da baş katib vəzifəsini yerinə yetirən İnfantino dünya çempionatı ilə bağlı yenilik edəcəyini söyləyib.

 

O bildirib ki, dünya çempionatının final mərhələsində iştirakçı komandaların sayını 40-a yüksəltmək fikrindədi: “AVRO-2016-nın final mərhələsində komanda sayını artırmağımız seçmə mərhələyə də müsbət təsir etdi. Sona qədər bir çox komanda gərgin mübarizə apardı. Çünki daha çox yığmanın final mərhələsinə şansı var idi. Bu yeniliyi dünya çempionatında da tətbiq etmək fikrindəyik. FİFA prezidenti seçilərəmsə, mundialdakı komandaların sayını artırmaq barədə ciddi şəkildə düşünəcəyəm”.

 

Qeyd edək ki, FİFA-ya yeni rəhbər gələn il fevral ayının 26-da seçiləcək.

Xəbər lenti