6 Oktyabr 16:44 “Final mərhələsinə vəsiqəni elə Azərbaycanda qazanmalıyıq” - FOTO
FUTBOL xəbərləri 6 Oktyabr 16:44
592 baxış

“Final mərhələsinə vəsiqəni elə Azərbaycanda qazanmalıyıq” - FOTO

“Fasilədən sonra yenidən milliyə çağırılmağıma şadam. Yığmaya dəvət almaq şərəfdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin futbolçusu Fabio Kvalyarella deyib.

 

Təcrübəli hücumçu AVRO-2016-nın seçmə mərhələsinin son qarşılaşmalarında yenidən “Skuadra Adzurra”nın şərəfini qoruyacaq. Kvalyarella oktyabrın 10-da Bakıda Azərbaycanla keçiriləcək qarşılaşma haqqında fikirlərini açıqlayıb. O bildirib ki, səfərdə qalib gəlib, final mərhələsinə vəsiqəni Norveçlə ayın 13-dəki matçadək təmin etmək iddiasındadılar: “Baş məşqçimiz Anntonio Konte məni yaxşı tanıyır.  Nəyə qadir olduğumu bildiyi üçün də komandaya cəlb edib. Baş məşqçimiz etimad göstərsə, komandamıza kömək etməyə hazıram. Hazırda heyətdə texnikalı futbolçularımız çoxdu. Bütün oyunçular da millidə olmaqlarına şaddı. Baş məşqçimiz bizə deyib ki, final mərhələsinə vəsiqəni elə Azərbaycanda qazanmalıyıq. Bu da asan olmayacaq. Ev matçında da çətinliklə qalib gəlmişdik. İndi bütünlüklə bu matça köklənirik. Səfər boyu da bu haqda düşünəcəyik”.

 

Qeyd edək ki, millidə 25 oyuna 7 qol vuran hücumçu sonuncu dəfə 2010-cu ildə yığma forması geyib.

Xəbər lenti