10 Sentyabr 14:03 Fiqu və Karlosa yeni vəzifə
FUTBOL xəbərləri 10 Sentyabr 14:03
1264 baxış

Fiqu və Karlosa yeni vəzifə

Yaxın keçmişin əfsanəvi futbolçuları Luiş Fiqu və Roberto Karlos yenidən bir yerdə çalışacaqlar. Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, vaxtilə Madrid “Real”ında bir yerdə oynayan keçmiş futbolçular bundan sonra İspaniya La Liqasının səfirləri sırasına daxil ediliblər.

 

Onlarla yanaşı, Patrik Klyuvert, Frederik Kanute, Qaiska Mendieta, David Albelda, Fernando Morientes və İsmael Ursais də eyni vəzifəni icra edəcəklər.

 

La Liqa səfirlərinin qarşısında qoyulan tapşırıq bu turniri dünyanın bir çox yerində təbliğ etməkdi. 

Xəbər lenti