30 İyul 17:39 Flamini “Qalatasaray”ın təklifini qəbul etmədi
FUTBOL xəbərləri 30 İyul 17:39
664 baxış

Flamini “Qalatasaray”ın təklifini qəbul etmədi

İngiltərənin “Arsenal” klubunun fransalı futbolçusu Matyu Flamini karyerasını Türkiyədə davam etdirməkdən imtina edib. Apasport.az saytı xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Qalatasaray”ın təklifinə “yox” deyib.

 

Flamini bildirib ki, “Arsenal”da qalmağa qərar verib: “Müqaviləmin sonuna qədər “Arsenal”da çıxış etmək istəyirəm. Gələn ilin yayına qədər sözləşməm var. Ola bilsin, müqaviləmi yenilədim”.

 

Qeyd edək ki, 2004-2008-ci illərdə “Arsenal”ın formasını geyinmiş Flamini daha sonra “Milan”a keçsə də, 2013-cü ildə yenidən London klubuna qayıdıb. 

Xəbər lenti