14 Oktyabr 12:09 “Fluminense” nümayəndəsinin Bakı “kəşfiyyatı” - FOTO
FUTBOL xəbərləri 14 Oktyabr 12:09
776 baxış

“Fluminense” nümayəndəsinin Bakı “kəşfiyyatı” - FOTO

“Neftçi”nin dəvəti ilə Bakıda səfərdə olan Braziliyanın “Fluminense” klubunun nümayəndəsi Marselo Teşeyra komandanın ev oyunlarını keçirdiyi “Bakcell Arena”ya baş çəkib. Apasport.az-ın “”ağ-qaraların rəsmi saytına istinadən məlumatına görə, braziliyalı qonaq stadionun ərazisini gəzərək, buradakı şəraitlə tanış olub.

 

Qonağa arenanın SKY Box, VİP və Media sektorları göstərilib.

 

Daha sonra Teşeyra “Bakcell Arena”nın Mətbuat zalı və digər inzibati otaqları ilə tanış olub, ona stadion haqqında ətraflı məlumat verilib. Stadionun müasir tələblərə uyğun şəkildə inşa etdirildiyini deyən qonaq, futbolun inkişafı üçün belə arenaların önəmini diqqətə çatdırıb.

 

“Bakcell Arena” ilə tanışlıqdan sonra Teşeyra “Neftçi”nin nümayəndələri ilə birgə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna yollanıb. Braziliyalı qonağa “Neftçi”nin yeni təlim-məşq bazasının burada inşa etdiriləcəyi ilə bağlı məlumat verilib.

 

Xəbər lenti