11 Oktyabr 14:53 Fransaya “bilet almış” 12 komanda
FUTBOL xəbərləri 11 Oktyabr 14:53
716 baxış

Fransaya “bilet almış” 12 komanda

Dünən baş tutan daha 9 oyunla AVRO-2016-nın seçmə mərhələsində IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, gecə baş tutan oyunlardan sonra Avropa çempionatının final mərhələsində iştirak edəcək 12 komandanın adına aydınlıq gəlib.

 

A qrupundan İslandiya və Çexiyanın Fransaya gedəcəyi dəqiqdi. B qrupundan isə Belçika və Uels minimum vəzifənin öhdəsindən gəliblər.

 

C qrupundan İspaniyanın finallarda oynayacağı dəqiqləşib. Almaniya isə D qrupundan Fransaya gedəcək komandadı.

 

E qrupundan iki komanda arzusuna çatıb – İngiltərə və İsveçrə. F qrupundan Şimali İrlandiyanın Fransa “bilet”i cibindədi.

 

G qrupunda finallara getməsi dəqiqləşmiş komanda Avstriya yığmasıdı. Millimizin də yer aldığı H qrupunda isə İtaliya Fransa “viza”sını Bakıda aldı.

 

İ qrupundan Portuqaliyanın gedəcəyi dəqiqdisə, ev sahibi kimi Fransa da bu sıraya qoşulub.

 

Beləliklə Çexiya, Belçika, Uels, İspaniya, Almaniya, İngiltərə, İsveçrə, Şim. İrlandiya, Avstriya, İtaliya, Portuqaliya və Fransadan ibarət ilk 12-lik onlara qoşulacaq daha 12 komandanın yolunu gözləyir.

 

Qeyd edək ki, gələn il Fransa keçiriləcək Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.

Xəbər lenti