9 Oktyabr 07:33 Fransaya daha iki vəsiqə sahibini tapdı
FUTBOL xəbərləri 9 Oktyabr 07:33
611 baxış

Fransaya daha iki vəsiqə sahibini tapdı

AVRO-2016-nın seçmə mərhələsinin IX turunun ilk günü daha iki komanda üçün həlledici turnirə vəsiqənin qazanılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya və Portuqaliya milliləri gələn il Fransada keçiriləcək final mərhələsinə vəsiqəni təmin edib.

 

I qrupunda çıxış edən Portuqaliya millisi Danimarka üzərində qələbə (1:0) sayəsində 1-ci olub. Şimallıların Albaniya ilə 2-ci yer uğrunda qiyabi mübarizəsi isə son turda bitəcək. Ən azı pley-offa çıxacaq bu iki komandadan hansının birbaşa final mərhələsinə, hansının pley-offa gedəcəyi Albaniyanın Ermənistan səfərindən asılıdı. Oyunları başa çatan danimarkalıların taleyi isə öz əlində deyil.

 

F qrupunda çıxış edən Şimali İrlandiya isə Yunanıstanı məğlub edərək (3:1) ilk 2 yerdən birini təmin edib. Finlandiyanın cüzi şanslarının da tükənməsindən sonra birbaşa final mərhələsinə çıxacaq 2-ci komanda və pley-offa yollanacaq yığmanın kimliyi Rumıniya ilə Macarıstan arasında həll olunacaq.

 

D qrupunda isə Şotlandiya nəzəri şanslarını itirib. Bu üzdən buradan iki birbaşa və bir pley-off vəsiqəsinin 3 sahibi dəqiqləşib. Bunlar Almaniya, İrlandiya və Polşadı. Lakin onlardan hansının Fransa arzusunu noyabrdakı pley-offa təxirə salacağını son tur müəyyənləşdirəcək.

 

Qeyd edək ki, Portuqaliya və Şimali İrlandiyayadək meydan sahibi Fransadan başqa, İngiltərə, İslandiya, Çexiya, Avstriya milliləri də AVRO-2016-ya birbaşa vəsiqəni təmin edib.

Xəbər lenti