27 Oktyabr 20:33 Frenk Lemparda cəngavər ordeni verildi - FOTO
FUTBOL xəbərləri 27 Oktyabr 20:33
644 baxış

Frenk Lemparda cəngavər ordeni verildi - FOTO

Hazırda ABŞ-ın “Nyu York Siti” klubunda karyerasını davam etdirən Frenk Lempard Britaniya İmperiyasının Cəngavərlik Ordeni ilə təltif olunub. Apasport.az saytı xəbər verir ki, bu barədə futbolçunun eks klubu “Çelsi”nin rəsmi “tvitter” səhifəsindən məlumat yayılıb.

 

Yarımmüdafiəçi Britaniya mükafat sisteminin ən kiçik mükafatı olan “Möhtəşəm orden”ə layiq görülüb.

 

Qeyd edək ki, Frenk Lempard İngiltərə milli komandası ilə 100-dən çox oyun keçirib. O, həmçinin “Vest Hem”, “Çelsi” və “Mançester Siti”nin heyətində Premyer Liqada 400-dən çox qarşılaşmada forma geyinib.

Xəbər lenti