29 Oktyabr 12:30 Futbol tarixində nadir hadisə və ya Nizaminin qeyri-adi rekordu
FUTBOL xəbərləri 29 Oktyabr 12:30
7651 baxış

Futbol tarixində nadir hadisə və ya Nizaminin qeyri-adi rekordu

“İnter”in futbolçusu Nizami Hacıyev qeyri-adi rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ardıcıl 2 gün “Neftçi”yə qol vurub.

 

Belə ki, 2 gün öncə əvəzedicilərin qarşılaşmasında iştirak edən futbolçu komandasının darmadağınına (3:7) üzülsə də, liderin qapısına yol tapmışdı. Dünən isə Nizami əsas komandaların görüşünün sonlarında meydana daxil olub. 82-ci dəqiqədə oyuna daxil olan futbolçu cəmi 4 dəqiqədən sonra “İnter”i məğlubiyyətdən xilas edən qola sevinib – 1:1.

 

Hacıyev həm 4 dəqiqəyə qol vurmaqla, həm də iki gün ardıcıl fərqlənməklə diqqət çəkib.

 

Maraqlıdı ki, orta sahə oyunçusu əvəzedicilərdə də sonradan meydana çıxaraq qol vurub. İkinci hissədə oyuna daxil olan futbolçu 73-cü dəqiqədə penaltini qola çevirib.

 

Cari mövsümün arxada qalan 10 turunda ardıcıl iki gün - əvvəl əvəzedici, ertəsi əsas komanda ilə qol vuran olmayıb. Ümumiyyətlə, bu, futbol tarixində də nadir hadisə sayılır.

 

Qeyd edək ki, 2015/16 mövsümündə daha iki oyunçu – Uğur Pamukla (“Sumqayıt”) Fəhmin Muradbəyli (“Neftçi”) həm əsas, həm əvəzedici komandada qol vurub. Lakin onlar buna fərqli turlarda nail olub.

Xəbər lenti