7 Noyabr 20:00 “Futbolçular tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi” – Tərlan Əhmədov
FUTBOL xəbərləri 7 Noyabr 20:00
790 baxış

“Futbolçular tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi” – Tərlan Əhmədov

“Açığı, oyunun gərgin keçəcəyini bilirdik. Futbolçulara demişdim ki, “Qarabağ”la oyundan daha çətin bir görüşə çıxırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XII turu çərçivəsində baş tutan “Kəpəz”lə qarşılaşmadan sonra matçı dəyərləndirən “təyyarəçilər”in çalışdırıcısı fikirlərini bölüşüb: “Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik. “Kəpəz” ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi.  Deməliyəm ki, futbolçular mənim tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədi”.

Xəbər lenti