13 Sentyabr 20:23 “Futbolçulardan razıyam” – Aqil Məmmədov
FUTBOL xəbərləri 13 Sentyabr 20:23
738 baxış

“Futbolçulardan razıyam” – Aqil Məmmədov

“Zirə” Premyer Liqada ilk mövsümünü keçirsə belə, yaxşı kollektiv qura bilib. Bunu nəzərə alıb, matçın ağır keçəcəyini bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Topaz Premyer Liqasının IV turu çərçivəsində öz meydanında “Zirə” ilə qolsuz bərabərliyə razılaşmış “kimyaçılar”ın baş məşqçisi matç haqqında fikirlərini bildirib:

 

“Mən nəhayət ki, 4-cü turda komandamın futbol oynadığını gördüm. Mübarizə və istək vardı. Biz azlıqda qaldıqdan sonra rəqib daha üstün oynadı. Bütün bunlara rəğmən, futbolçulardan razıyam. Aleksandr Çertoqanov qırmızı vərəqə aldığına görə cəzalandırılacaq. İlk turdan sonra Ağabala Ramazanovu da cəzalandırmışdıq”.

Xəbər lenti