9 İyun 14:24 “Gecə səhərə kimi yata bilmirəm” – Norveçli futbolçu
FUTBOL xəbərləri 9 İyun 14:24
588 baxış

“Gecə səhərə kimi yata bilmirəm” – Norveçli futbolçu

“Xorvatiyaya biabırçı (1:5) məğlubiyyətdən sonra indi bir qədər özümüzə gəlmişik. Artıq yalnız Azərbaycanla oyun barədə düşünməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Norveç millisinin müdafiəçisi Tom Höqli deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti matçda Azərbaycan yığmasını qəbul edəcək norveçlilər dünən əvvəlcə İsveçlə yoxlama görşündə qüvvəsini sınayıb. Qolsuz bəbarərliklə başa çatan qarşılaşma ilə bağlı fikirlərini yerli mətbuata bildirən Höqli yığmamızla görüşü də unutmayıb: “Azərbaycanla vacib matça cəmi 3 gün vaxtımız qalıb. Bizə bir günlük istirahət verdikləri zaman özümüzə kostyum aldıq, doyunca dincəldik. Gecə səhərə kimi yata bilmirəm. Bütün fikrim bu matçadı. Bu görüşdə qələbə bizə ciddi üstünlük verər”.

 

Qeyd edək ki, H qrupunda 5 turdan sonra Norveç 9 xalla 3-cü, Azərbaycan isə 3 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər lenti