9 Noyabr 19:27 Georgi Nikolov: Bu gün meydana çıxan başqa komanda idi?
FUTBOL xəbərləri 9 Noyabr 19:27
1540 baxış

Georgi Nikolov: Bu gün meydana çıxan başqa komanda idi?

“Qəbələ” kimi bir komandaya qarşı pis nəticə qazanmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in prezidenti Georgi Nikolov deyib.

 

Topaz Premyer Liqasının XII turu  çərçivəsində baş tutan “Qəbələ” – “İnter” qarşılaşmasından sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandıran “bankirlər”in bolqar rəhbəri matçı dəyərləndirməklə yanaşı, son günlər klub haqqında gəzən söz-söhbətlərə də aydınlıq gətirib: “Oyun bir az ehtiyatlı və səliqəli keçdi. Ancaq normal nəticə ilə ayrıla bildik. Oyunçularımızın maddi problemlərə görə meydana çıxmaq istəməməkləri haqqında yazılanlar yalandı. Özünüz də gördünüz ki, necə mübarizə aparırdılar. Belə çıxır ki, bu gün meydana çıxan başqa komanda idi? Artıq maaşlar da ödənib. Futbolçular sentyabr ayı üçün əmək haqqlarını alıblar, tezliklə oktyabr da ödənəcək”. 

Xəbər lenti