21 Avqust 17:55 Georgi Nikolov sponsorla görüşəcək
FUTBOL xəbərləri 21 Avqust 17:55
1085 baxış

Georgi Nikolov sponsorla görüşəcək

“İnter”ə sponsorluq etmək istəyən şirkətin əməkdaşı ilə söhbətimiz olub”. Bunu apasport.az saytına “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov deyib.

 

Bu yaxınlarda adının açıqlanmasını istəməyən bir şirkət rəsmisi Səbuhi Mustafayev redaksiyamıza zəng vuraraq, “İnter”ə sponsorluq etmək istədiklərini bildirmişdi. O, bununla bağlı “bankirlər”in prezidenti Georgi Nikolovla görüşmək niyyətində olduqlarını da əlavə etmişdi.

 

Səbuhi Məmmədov isə artıq görüş üçün vaxt təyin etdiklərini vurğulayıb: “Kənardan elə başa düşülür ki, kimsə “İnter”ə yardım etmək istəyir, biz qəbul etmirik. Georgi Nikolova gün ərzində çoxlu sayda zənglər gəlir. Tanımadığı şəxslərə cavab verməməsi normal haldı. O ki qaldı kluba sponsorluq etmək istəyən şirkətə, onların rəsmisi ilə telefonla söhbətimiz oldu. O, Nikolovla görüşmək istəyini bildirdi, prezident də bunu müsbət qarşıladı. Həmin şəxs gələn həftə mənə zəng vuracağını bildirdi. Yenidən əlaqə saxlasa, prezidentimiz onunla görüşəcək. Həm də bu, telefon söhbəti deyil. Şirkətin layihələrini bilməliyik, onlar bizim tələblərimizlə tanış olmalıdılar. Bütün bunlar uzun-uzadı müzakirə olunmalı məsələlərdi”.

 

Həmçinin Səbuhi Mustafayev də əməkdaşımızla söhbətində bu məsələ ilə bağlı gələn həftə Nikolovla görüşəcəyini təsdiqləyib.