27 Avqust 09:37 “Gördüyümüz işə nəticələrə əsasən qiymət verirlər” - FOTO
FUTBOL xəbərləri 27 Avqust 09:37
435 baxış

“Gördüyümüz işə nəticələrə əsasən qiymət verirlər” - FOTO

“Qəbələ” ilə qarşılaşma bizim üçün çox vacibdi. Avrokuboklardakı taleyimiz bugünkü matçdan asılıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstanın “Panatinaikos” klubunun futbolçusu Stefanos Kotsolis deyib.

 

36 yaşlı qapıçı Avropa Liqasının pley-off mərhələsinin “Qəbələ” ilə bu gün baş tutacaq cavab oyunu haqda fikirlərini açıqlayıb.

 

Vaxtilə Yunanıstan yığmasında da oynamış qolkiper nəticənin vacibliyini vurğulayıb: “Mübarizəni davam etdirmək üçün qalib gəlməliyik. Gördüyümüz işə nəticələrə əsasən qiymət verirlər. “Qəbələ” Avropanın daim güclülər sırasında olan komandalarından deyil. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Bütünlüklə oyuna köklənmişik. Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı”.

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

Xəbər lenti