26 Avqust 14:41 “Güclü rəqiblə oynamaqdan daha çox zövq alırıq”
FUTBOL xəbərləri 26 Avqust 14:41
643 baxış

“Güclü rəqiblə oynamaqdan daha çox zövq alırıq”

“Qarabağ”la qarşılaşmada da mənə etimad göstərilsə, bunu doğrultmaq üçün əlimdən gələni edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrənin “Yanq Boyz” klubunun qapıçısı İvon Mvoqo deyib.

 

21 yaşlı əlcək sahibi Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Bakıda keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlayıb. İsveçrə çempionatının son turunun “Syon”la qarşılaşmasında dəfələrlə komandasını xilas edən Mvoqo “Qarabağ” kimi güclü rəqiblə oynamaqda zövq aldıqlarını bildirib: “Əlbəttə ki, Bakıdakı görüş daha çətin olacaq. Çünki bu matç İsveçrə çempionatı deyil, Avropa Liqasının qrupuna vəsiqə uğrunda qarşılaşmadı. “Qarabağ”ın özü də güclü rəqibdi. Lakin rəqibimizin nə qədər yaxşı olması, mənim üçün də müsbət amildi. Çünki güclü rəqiblə oynadıqda, bundan daha çox zövq alırıq”.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Yanq Boyz” oyunu saat 21:00-da başlayacaq.

Xəbər lenti