9 Avqust 14:05 Güəlşçilərmizdən daha bir medal
FUTBOL xəbərləri 9 Avqust 14:05
343 baxış

Güəlşçilərmizdən daha bir medal

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

 

69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə Norveç və Finlandiyadan olan rəqiblərini məğlub edib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan idmançımız bürünc medal uğrunda görüşə çıxıb. Gürcüstan təmsilçisini vaxtından əvvəl böyük hesablı məğlubiyyətə məcbur edən Ülvi Avropa çempionatının bürünc medalına yiyələnib.

 

Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

 

Yeniyetmə qızların mübarizəsində güləşçilərimizdən Zemfira Ələkbərli (38 kq) gümüş və Aynur Camalova (43 kq) bürünc medala sahib olub.

Xəbər lenti