26 İyul 15:00 Güləşçilərimizdən 1 qızıl və 1 bürünc medal
FUTBOL xəbərləri 26 İyul 15:00
593 baxış

Güləşçilərimizdən 1 qızıl və 1 bürünc medal

Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” turniri keçirilir. Apasport.az saytının məlumatına görə, ilk gün komandamız üçün 2 medalla yadda qalıb.

  

Belə ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medal qazanıb.

  

55 kiloqramdakı təmsilçimiz Nataliya Şinişin bürünc medal uğrundakı görüşdə məğlub olaraq yarışı 5-ci yerdə başa vurub.

  

60 kiloqramda isə İrina Netreba ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bu şansdan istifadə edən güləşçimiz bütün görüşləri qalib gələrək, bürünc medal qazanıb. 

Xəbər lenti