10 Sentyabr 09:41 Gürcüstan klubu millimizə 5 cavabsız top vurdu
FUTBOL xəbərləri 10 Sentyabr 09:41
749 baxış

Gürcüstan klubu millimizə 5 cavabsız top vurdu

Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son yoxlama oyununu keçirib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz “Saburtalo” klubu ilə qarşılaşıb.

 

Oyun Gürcüstan təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Xatırladaq ki, yığmamız toplanış çərçivəsində daha əvvəl keçirdiyi görüşlərdə Tbilisinin “Lokomotiv” klubuna 0:2 hesabı ilə məğlub olmuş, “Sxinvali” klubunun əvəzedici heyətinə isə qalib gəlmişdi - 6:1.

 

:yes'>  

 

Xəbər lenti