28 Oktyabr 16:54 Hacı Hacıyev “Neftçi”də aldığı ləqəbin sirrini açıqladı
FUTBOL xəbərləri 28 Oktyabr 16:54
5437 baxış

Hacı Hacıyev “Neftçi”də aldığı ləqəbin sirrini açıqladı

Rusiyanın tanınmış məşqçisi Hacı Hacıyev futbol aləmində “professor” ləqəbi ilə tanınmasının sirrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu gün 70 illik yubileyini qeyd edən təcrübəli mütəxəssisə yazı həsr edən rusiyalı həmkarlarımız səbəbkarı bu ayamanın tarixçəsinə səyahət etdirib.

 

1983-85-ci illərdə Bakının “Neftçi” klubunda məşqçi kimi çalışan Hacıyev ləqəbini Azərbaycanda qazandığını bildirib: “Azərbaycanda futbola nəzarət edən Bakının meri ilə Moskvada görüşmüşdük. Onda bu şəhərin katibi kimi insanlar da piyada gəzirdilər. Həmin vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri də bizimlə görüşdü. O da maşınsız gəzirdi. Həmin vaxt I katib DTK-nin sədrinə dedi ki, bu heç futbol məşqçisinə oxşamır, elə bil professordu. Beləliklə, bu ad üzərimdə möhkəmləndi”.

 

Qeyd edək ki, hazırda “Amkar”a rəhbərlik edən və zəngin karyeraya malik Hacıyev keçmiş SSRİ və Rusiya yığmaları ilə yanaşı, “Anji”, “Krılya Sovetov”, “Saturn” kimi klublarda da işləyib.

 

Xəbər lenti