9 Sentyabr 19:52 “Hədəfim A seriyasında 200 qol vurmaqdı”
FUTBOL xəbərləri 9 Sentyabr 19:52
1114 baxış

“Hədəfim A seriyasında 200 qol vurmaqdı”

“Palermo” ilə anlaşan Alberto Cilardino yeni komandasında planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İtaliya milli komandasının keçmiş hücumçusu bildirib ki, əsas hədəfi A seriyasında 200 qol vurmaqdı:

 

“Hazırda özümü 33 yaşında kimi hiss etmirəm. “Palermo” ilə ciddi hədəflərim var. Çox güclü motivasiya ilə mövsümə başlayacam. Hədəfim klubumla mümkün olduğu qədər uğurlu çıxış etməkdi”.

 

Qeyd edək ki, məşhur hücumçu bu vaxta kimi İtaliya çempionatında müxtəlif komandaların heyətində 177 dəfə qola sevinib.