28 Avqust 14:51 “Hələ də inanmağım gəlmir” - Dodo
FUTBOL xəbərləri 28 Avqust 14:51
2361 baxış

“Hələ də inanmağım gəlmir” - Dodo

“Panatinaikos” səddini keçib, Avroliqanın qrupuna vəsiqə qazandığımıza hələ də inanmağım gəlmir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Luis Hilario Dodo deyib.

 

Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la cavab matçının (2:2) qəhrəmanı olan yarımmüdafiəçi sevinc hissini bölüşüb.

 

Yunanıstan mətbuatına danışan Dodo tarixi uğura imza atdıqlarını bildirib: “Həm “Qəbələ”, həm də Azərbaycan futbolu adına möhtəşəm gecə oldu. Tarix yazdıq. Bu uğur bizim üçün çox vacib idi. Favorit “Panatinaikos” sayılırdı. Ancaq biz rəqibdən qorxmurduq. İlk görüşdə qolsuz bərabərliyə imza atmışdıq. Bilirdik ki, bu hesab cavab matçında daha inamlı oynamağımıza imkan verir. “Panatinaikos” çox yaxşı komandadı, amma bu, futboldu. Futbolda kimin qalib gələcəyini əvvəlcədən demək olmur”.

 

“Qəbələ”nin hər iki qolunun müəllifi olan Dodo zəfərin təkcə onun adına yazılmasını düzgün hesab etmir: “Bu cür vacib matçda iki qol vurduğum üçün şadam. Ancaq tarixi zəfərə təkcə mən yox, komandamız imza atıb. Bu, bütün komandanın uğurudu”. 

Xəbər lenti