9 Oktyabr 17:58 “Həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var” – Robert Prosineçki
FUTBOL xəbərləri 9 Oktyabr 17:58
6140 baxış

“Həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var” – Robert Prosineçki

“Komanda 5 gündü bir yerdədi. Hazırlıq əla gedir, məşq prosesindən razı qalmışam”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamız sabah İtaliya millisini qəbul edəcək.

 

Matçdan öncə mətbuat konfransı keçirən Prosineçki “Skuadra Adzurra” ilə görüşdə sona qədər mübarizə aparacaqlarını bildirib: “Bizi sabah çətin rəqib gözləyir. Dörd qat dünya çempionu ilə oynayacağıq. Qrupumuzun lideridi. Komandada hiss edirəm ki, inam qayıdıb. 4 oyundu uduzmuruq, futbolçular artıq özlərinə inanırlar. Əminəm ki, sabah da yaxşı oyun göstərəcəklər”.

 

- Sabah yaxşı oyuna ümid edirsiz, yoxsa nəticəyə?

- Mənim üçün həm yaxşı oyun, həm də yaxşı nəticə lazımdı. Xorvatiya yığması da Bakıya gələndə inanırdı ki, Avropa çempionatına vəsiqəni qazanacaq. Amma siz də gördüz ki, başqa nəticə oldu. Futbolçularıma dedim ki, mənim üçün yaxşı nəticə lazımdı. Əlimizdən gələni edəcəyik ki, İtaliya sabah rahat oynamasın və nəticə bizim üçün yaxşı olsun.


- Əvvəlki oyunlarda olduğu kimi, start heyətini açıqlayacaqsızmı?

- Bəli, mən hər oyunqabağı heyəti açıqlayıram. Bu gün bunu edə bilməyəcəm. Çünki dünənki məşqdə 2 oyunçu yüngül zədə alıb. Bugünkü məşqi gözləməliyəm. Ümid edirəm ki, vəziyyətləri yaxşıdı. Amma bu gün heyəti açıqlaya bilməyəcəm. Hansı oyunçuların zədə aldığını açıqlamaq istəmirəm. Çünki İtaliyadan gələn həmkarlarımız da burdadılar. Məşqdən sonra biləcəm ki, onlar sabahkı matçda oynaya biləcəklər, ya yox. Hər şey yaxşı olsa, sabahkı heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov start heyətində yer alacaqlar.

 

- Berti Foqtsla sizin komandanız arasında nə kimi fərq var? Əldə etdiyiniz nəticələr sizi qane edirmi?

- Mən keçmişi ətraflı yada salmaq və müqayisə etmək istəmirəm. Deyə bilərəm ki, qısa zamanda Azərbaycan yığması özünə inanmağa başladı və gözəl oyun göstərdi. Biz 4 oyundu uduzmuruq. Səfərdə Norveçlə, Bakıda Xorvatiya yığması ilə heç-heçə oynadıq. Hər məşqçinin öz fəlsəfəsi var. 9 aydı Azərbaycandayam. Oyunçular məni başa düşürlər və tələb etdiyi futbolu oynayırlar. Məndə olan məlumata görə, bu günə kimi 40 min bilet satılıb. İnanıram ki, sabahkı matçda da komandam öz bacarığını göstərəcək. Mən həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var. Bunun nəticəsini də görürük. 

Xəbər lenti