17 Oktyabr 20:09 “Hər bir komanda bizə qarşı tam ciddi hazırlaşır” – Adil Şükürov
FUTBOL xəbərləri 17 Oktyabr 20:09
669 baxış

“Hər bir komanda bizə qarşı tam ciddi hazırlaşır” – Adil Şükürov

“Bilirdik ki, çox çətin olacaq. Hər bir komanda bizə qarşı tam ciddi hazırlaşır. Bütün bunları nəzərə alsaq, mən futbolçularımdan razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Qarabağ”la qarşılaşan debütantın baş məşqçisi matç haqqında fikirlərini səsləndirib: “Oyunçularım əllərindən gələni etdilər ki, matçı bərabərləşdirsinlər. “Qarabağ”la oyunda xal qazanmaq istəyirdik. Əsas məqsəd isə oyun üslubumuzu saxlamaq idi. “Qarabağ” bu gün bizə qarşı eyni sürətdə, eyni tempdə oynadı. Sadəcə, ikinci hissədə biz oyunu öz xeyrimizə dəyişməyə çalışdıq”.

Xəbər lenti