10 İyul 08:56 “Hər iki görüşdə üstün oynadıq” – Samir Əliyev
FUTBOL xəbərləri 10 İyul 08:56
5847 baxış

“Hər iki görüşdə üstün oynadıq” – Samir Əliyev

“Bu gün rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadı, qapandı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsində “Mladost”la qarşılaşan “Neftçi” mübarizəni erkən dayandırıb. Hər iki qarşılaşmada heç-heçə (2:2, 1:1) qeydə alınsa da, səfərdə daha çox qol vuran Monteneqro təmsilçisi II mərhələyə adlayıb.

 

Samir Əliyevin fikrində “Neftçi” mübarizəni dayandırsa da, rəqibindən güclüdü: “Meydançada gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər. İki həftə hazırlıq keçmişik. Bununla belə, gənclərimizə güvənmək olar. Gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı”.

Xəbər lenti

Xəbər lenti