7 Sentyabr 01:11 “Hesab edirəm ki, yaxşı oyun alındı” – Dmitri Bezotosnı
FUTBOL xəbərləri 7 Sentyabr 01:11
1376 baxış

“Hesab edirəm ki, yaxşı oyun alındı” – Dmitri Bezotosnı

“Yenidən Odessada, belə azarkeşlər qarşısında meydana çıxmaq xoş idi. Hesab edirəm ki, yaxşı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı deyib.

 

Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlığın son günündə yerli “Çernomorets” klubu ilə yoxlama oyunu (2:0) keçirib. Oyundan sonra ukraynalı qapıçı fikirlərini bölüşüb:

 

“Belə qarşılaşmanın azarkeşlərin də xoşuna gəldiyini düşünürəm. Yoxlama matçını bu qədər tamaşaçının izləməsi yaxşıdır. Açığı qarşılaşmada 2-3 min tamaşaçı olacağını gözləyirdim. Amma tribunalara 5 mindən artıq seyrçi gəlmişdi. “Çernomorets” gənclərdən təşkil olunan yaxşı komandadır. Onlar Premyer Liqada qalmaq üçün mübarizə aparıb, bunun öhdəsindən gələ bilərlər”

Xəbər lenti