5 Oktyabr 10:55 "Hesab hər şeyi ortaya qoydu" -Sergey Zenyov
FUTBOL xəbərləri 5 Oktyabr 10:55
5392 baxış

"Hesab hər şeyi ortaya qoydu" -Sergey Zenyov

Topaz Premyer Liqasının VII turu çərçivəsində “Xəzər Lənkəran” üzərində 6:0 hesablı qələbə qazanan “Qəbələ” klubunun yarımmüdafiəçisi Sergey Zenyov oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb

 

- 90 dəqiqəni necə xarakterizə edərdiniz?

- Yaxşı oynadıq, bunun nəticəsində bizi sevindirəcək şəkildə qələbə qazandıq. Qarşılaşmanın maraqlı keçdiyini deyə bilərəm.

 

- Hesabın bu cür olacağını necə, gözləyirdinizmi?

- Etiraf edim ki, 6:0 hesabı ilə qələbə qazanacağımızı gözləmirdim. Ancaq komanda çempionatda ardıcıl iki oyundu  böyük hesablı qələbə qazanır. Bu cür də davam etmək lazımdı.

 

- Oyunda nə baş verdi ki, bu qədər qol vurdunuz?

- Xüsusi heç nə baş vermədi. Biz yaratdığımız qol epizodlarını realizə etdik. İmkanları düzgün dəyərləndirdikcə, qollar da gəlməyə başladı. Bu müsbət haldı. Bunun ardını gətirməliyik.

 

- Çoxları gözləyirdi ki, “Krasnodarla oyundan sonra komandada yorğunluq olacaq və çətinliklə qələbə qazanacaqsınız..

- Hesab hər şeyi ortaya qoydu. Həqiqətən də “Krasnodar”la oyunun bu matçda təsiri bəlkə də müsbət mənada oldu. Oradakı yenilgi bizi burda qələbəyə məcbur etdi.

 

- “Neftçi” ilə görüşdə də bu cür nəticəyə ümid edirsiniz?

- Bizim üçün vacib olan qələbədi. Yığmanın oyunları var. Bu qarşılaşmalardan sonra çempionatın hazırlığına qoşulacam. Hesabın necə olacağından daha çox, qələbə vacibdi.

 

- Maraqlıdı ki, “Qəbələ”nin bu qələbəsini yerli azarkeşlər izləmədi. Tribunalar niyə boş idi?

- Bu, çox pis göstəricidi. Azarkeşlər komandanın yarısıdı. Biz üzərimizə düşəni etdik. Rəqib qapısından 6 cavabsız top keçirdik. Yaxşı olardı ki, onlar da gəlib bu qolları canlı izləyəydilər.

 

Xəbər lenti