28 Oktyabr 19:51 “Hətta məğlub da ola bilərdik” – Samir Abasov
FUTBOL xəbərləri 28 Oktyabr 19:51
773 baxış

“Hətta məğlub da ola bilərdik” – Samir Abasov

“Sumqayıt” bu meydançaya, hava şəraitinə alışmayıb. Belə bir vəziyyətdə əzmkar, döyüşkən “Xəzər Lənkəran”a qarşı çətin oyun alınacağını dərk edirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının X turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşan “kimyaçılar”ın baş məşqçisi matçı dəyərləndirib: “Futbolçulardan xahiş etmişdim ki, rahat və sərbəst oynasınlar. İlk hissədə bu istəyimiz alındı. İkinci hissədə isə belə oynamadıq, problemlər ortaya çıxdı. Həmin problemləri aradan qaldırmağa çalışacağıq. İndiki vəziyyətdə isə futbolçuları oyunlarına görə yox, vuruşduqlarına görə təbrik edirəm. Etiraf edirəm ki, ikinci hissə “Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. Hətta məğlub da ola bilərdik. Bütün bunları müzakirə edəcəyik”.

Xəbər lenti

Xəbər lenti