28 Avqust 08:25 “Həyəcana ehtiyac yoxdu” – Toni Adams
FUTBOL xəbərləri 28 Avqust 08:25
2623 baxış

“Həyəcana ehtiyac yoxdu” – Toni Adams

“Çox sevincliyəm. Bu gecə “Qəbələ”nin kiçik tarixi ərzində ən böyük gecədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbol direktoru Toni Adams deyib.

 

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində dünən Yunanıstan klubu “Panatinaikos”la 2:2 hesablı heç-heçə edən “Qəbələ” qrup mərhələsində oynamaq hüququ qazanıb.

 

Matçdan sonra Yunanıstan mətbuatına danışan Adams sevinc hissini bölüşüb: “Komandamız Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Bu bizi qorxutmamalıdı. Həyəcana ehtiyac yoxdu. Düzdü, “Qəbələ” bu uğura ilk dəfədi imza atır. Ancaq gələcəyi düşünmək lazımdı. Biz istəyirik ki, vaxtımızı yaxşı və şən keçirək”.

 

Qeyd edək ki, “Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki rəqiblərinin kimliyinə bu gün aydınlıq gələcək.